Cümə , Aprel 26 2024
Ana səhifə / Bölgələr / Goranboyda fermer tibb məntəqəsini çobanlarının yaşayış yerinə çevirdi

Goranboyda fermer tibb məntəqəsini çobanlarının yaşayış yerinə çevirdi

Sosial şəbəkələrdə Goranboy rayonu Erkəc kəndinin sakinləri ilə polis arasında qarşıdurma olması barədə məlumat yayılıb.

Məlumatda kənd sakinlərinin örüş sahəsinin qanunsuz zəbt olunması və fermerə verilməsi, kəndin tibb məntəqəsində də fermerin çobanlarının məskunlaşdığı iddia olunub. Həmçinin, bildirilib ki, kənd sakinləri həm örüş torpaqlarından, həm də tibb məntəqəsindən məhrum olub. Buna etiraz edərkən sakinlər polis zorakılığına məruz qalıb.

Daxili İşlər Nazirliyi məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandırıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov sorğumuza cavab olaraq bildirib ki, bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Goranboy rayonunun Erkəc kəndində baş vermiş hadisə barədə həqiqətə uyğun olmayan, böhtan xarakterli, “Sakinlərlə polis arasında qarşıdurma olub” başlıqlı xəbər dərc olunub:

“Qeyd edək ki, aprelin 29-da Kəlbəcər rayon sakini Mirəziz Yusifov DİN-nin “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək Goranboy rayonunun Erkəc kəndində bir qrup sakinin toplaşaraq yaşadığı evə yürüş etdiklərini bildirib. Məsələ ilə əlaqədar dərhal Xocalı rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Məlum olub ki, kənd sakinlərinin toplaşmasına səbəb Mirəziz Yusifovun kəndin örüş sahəsinə gedən yolu qeyri-qanuni olaraq çəpərləməsi və bir nəfər çobanın kəndin Tibb Məntəqəsinə yerləşərək oradan yaşayış yeri kimi istifadə etməsi olub”.

“Aidiyyəti qurumun təmsilçiləri ilə birgə Tibb məntəqəsində aparılan araşdırmalarla müəyyən edilib ki, Kəlbəcər rayon sakini, Novruz Səfərov yaşamaq üçün ora qanunsuz olaraq yerləşib. Polis əməkdaşları dərhal məntəqənin boşaldılmasını təmin edib və məntəqə sahə həkiminə təhvil verilib. İctimai asayiş qorunub. Faktla bağlı RPŞ-nin Təhqiqat Qrupunda araşdırma aparılır. Kənd sakinləri göstərdikləri köməkliyə görə polis əməkdaşlarına təşəkkürlərini bildiriblər”, – deyə DİN rəsmisi qeyd edib.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …