Cümə , Aprel 26 2024
Ana səhifə / Bölgələr / Bölgələrdə vəkillik büroları üçün bina ayrılıb

Bölgələrdə vəkillik büroları üçün bina ayrılıb

Bölgələrdə vəkillik qurumlarının yaradılması ilə bağlı işlərə başlanıb. 

Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar BağırovOnun sözlərinə görə, hazırda regonal məhkəmələrin fəaliyyət göstərdiyi ərazilərdə vəkil büroları yaradılır: “Gəncə, Şirvan, Sumqayıt, Şəki və Lənkəran şəhərlərində proses davam edir. Artıq Sumqayıt, Şəki və Şirvan şəhərlərində bu işlər tamamlanmaq üzrədir, bunun üçün bina da ayrılıb. Gəncə və Lənkəranda isə iş gedir. Biz istəyirik ki, regionlarda da vəkillik institutu inkişaf etsin. Artıq regionlarda vəkillərin sayı artırılır. Bu gün regionlarda vəkillərin sayı azdır. Əgər Bakıda 3 min nəfərə 1 vəkil düşürsə, regionlarda 10-15 min nəfərə bir vəkil düşür. Bu istiqamətdə işlər görürük. Biz istəyirik ki regionlarda vəkillərin sayı artsın. Bu məsələdə dövlət də bizə tam dəstək verir”. 

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …