Cümə , Aprel 26 2024
Ana səhifə / Bölgələr / Alban-Udi və digər xristian icmalarının Kəlbəcərə səfəri başlayıb

Alban-Udi və digər xristian icmalarının Kəlbəcərə səfəri başlayıb

Alban-Udi və digər xristian icmalarının Kəlbəcərə səfəri başlayıb.

Bu gün Pasxa bayramı münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə Kəlbəcərdə Xudavəng məbədinə Alban-Udi dini icmasının və digər xristian icmalarının səfəri təşkil edilib.

Səfər çərçivəsində komitənin, Alban-Udi xristian dini icmasının və digər xristian icmalarının nümayəndələri ilə birgə, jurnalistlər də işğaldan azad olunan Kəlbəcərə yola düşüblər.

Qeyd edək ki, onlar məbəddə dini ayin icra edəcəklər, dualar oxuyacaqlar və şamlar yandıracaqlar.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …