Cümə , Aprel 26 2024
Ana səhifə / Bölgələr / Ağdam və Şuşaya gedənlər bu yerləri ziyarət edəcəklər – SİYAHI

Ağdam və Şuşaya gedənlər bu yerləri ziyarət edəcəklər – SİYAHI

Şuşa və Ağdam şəhərlərinə yola düşən sərnişinlərin ziyarət edəcəkləri yerlərin siyahısı açıqlanıb.

Şuşa səhəri üzrə Cıdır düzü, Vaqifin Muzey Məqbərə Kompleksi, Bülbülün Ev Muzeyi, Yuxarı Gövhərağa məscidi, Aşağı Gövhərağa məscidi, İcra Hakimiyyətinin inzibati binasının qarşısı, “Güllələnmiş heykəllər”, Xan qızı Xurşidbanu Natəvanın Ev Muzeyi, Xan qızı bulağı və Şuşa qalası ziyarət ediləcək.

Ağdam şəhərində isə aşağıdakı istiqamətlər üzrə səfər planlaşdırılıb:

Pənahəli xanın İmarət Saray Kompleksi, Çörək Muzeyi, Şəhidlər Xiyabanı, Dram teatr, Cümə məscidi, Qiyaslı məscidi və Şahbulaq qalası.

Qeyd edək ki, hər marşrut üzrə Müvafiq Xüsusi Nümayəndəlik və Dövlət Turizm Agentliyi üzrə bələdçi təyin edilib. APA

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …