Bazar ertəsi , May 13 2024
Ana səhifə / Editor (səhifə 962)

Editor

Prezident İlham Əliyevin doğum günüdür

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Azinforum.az xəbər verir ki, dövlət başçısının 61 yaşı tamam olur. İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İlham Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr …

Ətraflı oxu »

“Bölgədə nəqliyyat və iqtisadi əlaqələrin açılması məsələsinə tədricən ümid etmək olar” – Rusiya XİN

“Bölgədə nəqliyyat və iqtisadi əlaqələrin açılması məsələsinə tədricən ümid etmək olar”. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Rusiya mətbuatına müsahibəsində deyib. O bildirib ki, Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası məsələsində tərəflərin mərhələli şəkildə hərəkətinə ümid edir: “9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il …

Ətraflı oxu »

Prezident Laçın-Xankəndi yolunda baş tutan aksiyadan danışdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronla telefon danışığında Laçın rayonundan keçərək Xankəndi şəhəri istiqamətində olan yoldakı vəziyyət ilə bağlı qeyd edib ki, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına və bunun nəticəsində ətraf mühitə vurulmuş ciddi zərərə …

Ətraflı oxu »

Vasif Talıbovun deputat səlahiyyətlərinə xitam verilir? — Komissiya sədri

Vasif Talıbov 27 ildir ki, Milli Məclisin 1 saylı Şərur-Sədərək seçki dairəsindən seçilmiş deputatıdır. Bu müddət ərzində onun parlamentin iclaslarında az iştirak etdiyi müzakirə obyektinə çevrilib. Milli Məclisin daxili nizamnaməsinə görə, 1 il müddətində parlamentin ardıcıl 15 iclasında iştirak etməyən deputat barədə İntizam komissiyasına təqdimat verilməli və onun deputatlıq səlahiyyətlərinə …

Ətraflı oxu »

“Paşa Sığorta” Azərbaycanın süni peykini yarım milyona sığortaladı

Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.Tenderin nəticəsinə əsasən “Paşa Sığorta” ASC (VÖEN- 1400837161) bir il müddətində (2023-cü il) “Azersky” peykinin sığortalanması xidmətlərini həyata keçirəcək. Qeyd olunan xidmət üçün “Azərkosmos” “Paşa Sığorta”ya 517 min 900 manat ödəyəcək. “Azersky” peykinin dəyəri 24,3 milyon avro …

Ətraflı oxu »

Tofiq Yaqublu 30 sutka həbs edildi

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu məsuliyyətə cəlb olunub. Bu barədə qızı Nigar Həzi “facebook” hesabında paylaşıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 (xırda xuliqanlıq) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, …

Ətraflı oxu »

Məmurların, deputatların diplomları araşdırılmalıdır: “İkinci ali təhsil” necə satılır?

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun “səhhətiylə bağlı” istefaya getməsindən sonra onun ətrafında baş verən ajiotaj səngimək bilmir. Müzakirə predmetlərindən biri isə onun 1998-ci ildə 35 yaşında olarkən hüquqşünaslıq üzrə diplom alması məsələsidir. Mövzunun diqqət mərkəzində duran şəxs isə keçmiş təhsil naziri Misir Mərdanovdur. Doğrudur, eks-nazir bu barədə səslənən ittihamları …

Ətraflı oxu »

Qarabağın bərpasına 20 milyard manat xərclənəcək

Yeni proqram çərçivəsində Qarabağın bərpasına 20 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulub.  Bunu jurnalistlərə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.  V.Qasımlı qeyd edib ki, bu xərclər daha çox daxili imkalar hesabına təmin ediləcək.  Onun sözlərinə görə, indiyə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa …

Ətraflı oxu »

Karqo şirkətləri xaricdən sifariş edilən dərmanları niyə gətirmirlər? – Video

Bəzi karqo şirkətləri fiziki şəxslərin şəxsi istifadə üçün Türkiyədən və digər ölkələrdən sifariş etdiyi dərman vasitələrini Azərbaycana çatdırmaqdan imtina edirlər. Səbəb isə Dövlət Gömrük Komitəsi tərəfindən bunun onlara qadağan edildiyi göstərilir. Bildirilir ki, yalnız qida əlavəsini gətirə bilərlər.Sifarişin ölkəyə çatdırılmaması ehtiyacı olan insanlara bir çox hallarda çətin anlar yaşadır.DGK-nın əməkdaşı …

Ətraflı oxu »

İnfarkt keçirən Əməkdar artist: “Bu xına, o xınadan deyil“

İnfarkt keçirən Əməkdar artist Vahid Əliyev səhhəti barədə danışıb. Hazırda xəstəxanada olan aktyor “Təsir dairəsi” verilişinə vəziyyəti ilə bağlı açıqlama verib:  “Bir aydan çox idi ki, səhhətimdə bu proses gedirdi. Ürəyimin sancmalarından hiss edirdim bunları. Elə məsələlərdə çox dərinə gedən insan deyiləm. Teatrda işlərim çoxaldı. Səhər saat 10:00-dan axşam saat …

Ətraflı oxu »