Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Bölgədə nəqliyyat və iqtisadi əlaqələrin açılması məsələsinə tədricən ümid etmək olar” – Rusiya XİN

“Bölgədə nəqliyyat və iqtisadi əlaqələrin açılması məsələsinə tədricən ümid etmək olar” – Rusiya XİN

Bölgədə nəqliyyat və iqtisadi əlaqələrin açılması məsələsinə tədricən ümid etmək olar”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Rusiya mətbuatına müsahibəsində deyib.

O bildirib ki, Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası məsələsində tərəflərin mərhələli şəkildə hərəkətinə ümid edir:

“9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli razılıqlar sülh müqaviləsi istiqamətində irəliləyişin əldə olunmasına kömək edəcək. Bu razılıqlar Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması üçün “yol xəritəsi” formalaşdırıb”, – deyə o bildirib.

Qaluzin deyib ki, Rusiya regionda xüsusilə nəqliyyat və iqtisadi əlaqələrin açılması, delimitasiyası və humanitar problemlərin həlli kimi sahələrdə tədricən irəliləyiş gözləyir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …