Ana səhifə / Şou Biznes / İnfarkt keçirən Əməkdar artist: “Bu xına, o xınadan deyil“

İnfarkt keçirən Əməkdar artist: “Bu xına, o xınadan deyil“

İnfarkt keçirən Əməkdar artist Vahid Əliyev səhhəti barədə danışıb.

Hazırda xəstəxanada olan aktyor “Təsir dairəsi” verilişinə vəziyyəti ilə bağlı açıqlama verib: 

“Bir aydan çox idi ki, səhhətimdə bu proses gedirdi. Ürəyimin sancmalarından hiss edirdim bunları. Elə məsələlərdə çox dərinə gedən insan deyiləm. Teatrda işlərim çoxaldı. Səhər saat 10:00-dan axşam saat 22:00 kimi hər gün işləyirdim. İşləyəndə də hər fasilə yarandıqda qaçırdım siqaret çəkməyə. Özüm də hiss edirdim ki, siqaret çəkməklə ürəyimi yükləyirəm. Ürəyimin ağrımağını hiss etdim. Gəlinimə söylədim ki, mənə ürək dərmanı versin.

İçsəm də, gördüm ki, “bu xına, o xınadan deyil”. Gecə saat 02:00 radələri idi, ürəyim çox möhkəm ağrımağa başladı. Artıq bacara bilmədim”. 

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …