Ana səhifə / Editor (səhifə 948)

Editor

Ərdoğan İlon Maskla görüşüb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə amerikalı iş adamı və “Twitter“in sahibi İlon Maskla görüşüb. APA xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb. Telekanalın məlumatına görə, Ərdoğan və Mask dünya çempionatının final matçında görüşüb. Görüşdə Xorvatiyanın keçmiş prezidenti Kolinda Qrabar-Kitaroviç də iştirak edib.

Ətraflı oxu »

Argentina dünya çempionu oldu

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qalibi bəlli olub. Finalda Fransa yığmasını məğlub edən Argentina millisi üçqat dünya çempionu olub. Hesabı 23-cü dəqiqədə Cənubi Amerika təmsilçisi açıb. Penaltidən fərqlənən Lionel Messi komandasını önə keçirib. 36-cı dəqiqədə Anxel Di Mariya 2-ci topu avropalıların qapısından keçirib. İlk hissə “tanqoçular”ın 2:0 hesablı üstünlüyü …

Ətraflı oxu »

“Deyəcəklər, pul yığmaq üçün ad günü edir” – Nüşabə

Yubileyi yaxınlaşan Əməkdar artist Nüşabə Ələsgərli yeni yaşını kiçik bir məclislə qeyd edəcəyini vurğulayıb. Sənətçi bu haqda “Zaurla Günaydın” verilişinə qonaq olarkən danışıb. N. Ələsgərli bildirib ki, böyük məclis keçirsə, insanlar onun bunu pul yığmaq üçün etdiyini düşünəcək: “Fikirləşirəm ki, ad günümü geniş, təmtəraqlı, toy kimi etsəm, insanlar başqa şeylər …

Ətraflı oxu »

Dövlət büdcəsini kimlər, necə talayır?

Cəmi 2 ay əvvəl şübhəli ünvanda – “Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28”də dövlət qeydiyyatına alınan “TM Company 2022” MMC (VÖEN – 1604917901) adlı şirkət son 3 gündə fərqli dövlət qurumlarının keçirdiyi 5 müxtəlif tender müsabiqəsində qalib olub.“TM Company 2022” MMC qısa müddət əvvəl yaranmasına baxmayaraq dövlət qurumlarına …

Ətraflı oxu »

“Siyasi partiyalar haqqında” qanun siyasi sahədəki əməkdaşlıq platformasını daha da gücləndirəcək”

Milli Məclisin sonuncu plenar iclasında “Siyasi partiyalar haqqında” qanuna layihəsi üçüncü oxunuşda qəbul olunub. Millət vəkili Vüqar Bayramov bildirib ki, bu sənədin qəbulu islahatların inkluzivliyini genişləndirməsinə və siyasi sferada əməkdaşlıq platformasının inkişafına xidmət edəcək. Plenar iclasadək layihəyə 70 düzəlişin edilməsi də demokratik müzakirə mühitindən xəbər verir. Vüqar Bayramov deyib ki, …

Ətraflı oxu »

Mərkəzi Bankın statistikasından maraqlı – Rəqəmlər

Neft-qaz ixracatından (neft məhsulları da daxil) ölkəyə 28,7 mlrd. dollar daxil olub. Bu vəsaitin təxminən 13 mlrd. dolları mənfəətin və investisiyaların repatriasiyası çərçivəsində xarici neft şirkətləri vasitəsilə ölkədən çıxarılıb, 7 mlrd. dollara yaxını mənfəət nefti formasında Neft Fonduna köçürülüb.Bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev sosial şəbəkə hesabında yazıb.“Dövlət Neft Şirkətinin şəffaf …

Ətraflı oxu »

“Türkiyənin tikinti şirkətləri Qarabağda 100 milyonluq layihələr icra edir”

“İşğaldan azad edilmiş ərazilərdə aparılan tikinti layihələrinə xarici şirkətlərin cəlbi üzrə maliyyə əməliyyatlarının nəticələri balansının “tikinti xidmətləri” bölməsində görünmür.  Çünki 2021-ci ilə qədər də, son 2 ildə də xaricdən qeyri-neft sektoru üçün idxal olunan tikinti xidmətlərinə görə ödəmələrin dəyəri simvolik məbləğlərdə olub (təxminən 3-5 milyon manat). Amma hər kəs bilir …

Ətraflı oxu »

Avtomobilin rəngini dəyişmək istəyən sürücülərin nəzərinə – Video

Nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə 10 gün ərzində dövlət qeydiyyatından keçirilməlidir. Məsələ Milli Məclisin bi gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihədə nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə onun 10 gün ərzində dövlət qeydiyyatından keçirilərək uçota alınması tələbi nəzərdə tutulur. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov …

Ətraflı oxu »

Xalq artisti nazirə səsləndi: “Yardım istəmirəm, öz halal haqqımı tələb edirəm”

“Dəfələrlə qızım mənə görə Mədəniyyət Nazirliyinə müraciət edib. Amma onun müraciətinə baxan yoxdur. Səhhətim imkan vermir ki, özüm gedim, qızımın da sözünü eşidən yoxdur. Nazirin qəbuluna düşə bilmir. Sanki məni siliblər, elə bil mənim adda aktyor yoxdur”.Bunu xəstəliklə mübarizə aparan tanınmış aktyor, Xalq artisti Ənvər Həsənov Yenicag.az-a açıqlamasında deyib.Aylardır ki, səhhətində problemlər …

Ətraflı oxu »

“Bələdiyyə sədri 3700 manatımı alıb, mənə torpaq sahəsi satıb”

“Bələdiyyə sədri məni aldadıb, 3700 manatımı alıb, mənə torpaq sahəsi satıb.Bu barədə Qazax rayonunun Ağköynək kənd sakini Murad Mustafayev Meydan TV-yə danışıb. O bildirib ki, 2022-ci ildə torpaq sahəsi almaq üçün Ağköynək-Qarapapaq kəndinin bələdiyyə sədri Nəzakət Mənsurovaya müraciət edib. Kənd ərazisindən 1,5 sot torpaq sahəsi ayrılması üçün bələdiyyə sədrinə 3700 …

Ətraflı oxu »