Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Avtomobilin rəngini dəyişmək istəyən sürücülərin nəzərinə – Video

Avtomobilin rəngini dəyişmək istəyən sürücülərin nəzərinə – Video

Nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə 10 gün ərzində dövlət qeydiyyatından keçirilməlidir.

Məsələ Milli Məclisin bi gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihədə nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə onun 10 gün ərzində dövlət qeydiyyatından keçirilərək uçota alınması tələbi nəzərdə tutulur.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, qüvvədə olan qanunvericilikdə təyin edilən müddət dəyişdirilməyib. İndi sadəcə dövlət qeydiyyatı ilə bağlı müddəa daha da dəqiqləşdirilib və rəng amili açıq formada göstərilib.

Ekspert tövsiyə edir ki, mütləq sürücülər rəng dəyişəndən sonra verilən müddət ərzində müraciət etsinlər.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib. Dəyşikliklər yanvarın 1-dən qüvvəyə minəcək. İnzibati Xətalar Məcəlləsinə görə, əgər rəng dəyşikliyi ediləndən 10 gün müddətinə avtomobil dövlət qeydiyyatına təqdim edilməsə, sahibi 50 manat məbləğində cərimə ediləcək.

Ətraflı videomaterialı təqdim edirik:

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …