Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Daha heç kim o xahişlə Şuraya gəlməsin” –Fərasət Qurbanovdan QHT-lərə xəbərdarlıq

“Daha heç kim o xahişlə Şuraya gəlməsin” –Fərasət Qurbanovdan QHT-lərə xəbərdarlıq

“Bundan sonra layihəsi keçməyən QHT-lərin təqdim etdikləri layihələri istəsələr, mediada dərc etməyə hazırıq”.

Türküstan.info saytı xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Fərasət Qurbanov qurumun 2016-cı il üçün elan etdiyi qrant müsabiqəsi ilə bağlı keçirdiyi məlumatlandırma sessiyasında söyləyib. O, həmçinin, qeyd edib ki, layihələri qiymətləndirən ekspertlərin də rəylərini dərc etməyə hazırdırlar: “Bundan sonra QHT-lər təqdim etdikləri layihənin nə qədər bal topladığını öyrənə biləcəklər. Biz ekspert rəylərini də dərc etməyə hazırıq. Görək, narazı qalan QHT-lər də buna razı olacaqlarmı? Biz, ötən 8 ildə QHT-lərin gücünü, layihə icra etmə səviyyələrini, ayrılmış maliyyə ilə davranmalarını yaxşı bilirik. Ona görə də, artıq heç kim layihəsinin keçməsinə dəstək olunması xahişi ilə gəlib Şuraya müraciət etməsin”.
Müsabiqələrə təqdim olunan layihələrin hazırlanmasından narazılığını dilə gətirən F.Qurbanov bəzi QHT-lərin icrası mümkünsüz olan layihələrlə müraciət etdiyini vurğulayıb: “Görürsən ki, ahıllarla bağlı layihə təqdim olunur. Kimsəsiz ahıllara təlim keçmək istəyirlər. Ancaq heç kim düşünmür ki, bəlkə, bu qocaları bir avtobusla Qubaya, Qəbələyə aparmaq olar… Övlad nəvazişindən məhrum olmuş bu insanları harayasa gəzməyə aparmaq, bilirsiniz nə qədər insani addımdır? Ancaq, heç kim bu cür sosial layihələrə qol qoymaq istəmir. Yalnız özlərinə sərf edən layihələri təqdim edirlər. Biz layihələrin qiymətləndirilməsi prosesində effektivlik və reallığı nəzərə alacağıq”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın