Ana səhifə / Editor (səhifə 1664)

Editor

Bazarlarda qiymətlər qalxıb: Alan da narazıdır, satan da – VİDEO

Son günlər meyvə-tərəvəz məhsullarının qiymətində sürətli artım müşahidə edilir. Bazarlarda olan bu qiymət artımı isə alcılıq qabiliyyətini aşağı salıb. Alıcılar kimi satıcılar da mövcud qiymət artımından narazıdırlar. Çünki onlar məhsulları baha alıb, daha satmağa məcbur olduqları üçün mövcud vəziyyət əleyhlərinə işləyir. Zərdab bazarı da bu baxımdan fərqlənmir.

Ətraflı oxu »

Tədris ocağı, yoxsa təhlükə mənbəyi? VİDEO

Təhlükənin astanasında olan məktəb binası və biliklərə yiyələnmək üçün hər gün bu məktəbə gələn uşaqlar. Tərtərdə 40 ildən çoxdur ki, istifadəyə verilən təhsil ocağı bu illər ərzində bir dəfə olsun təmir edilməyib. İzləyəcəyiniz binaya məktəb deməyə insanın dili də gəlmir. Əməkdaşlarımızın Tərtərdəki bu məktəbdən lentə aldığı görüntülər sadəcə dəhşət saçır. …

Ətraflı oxu »

Aşqabad müqaviləsinin icrası gələn ildən başlayacaq

“İran, Türkmənistan və Azərbaycan Respublikası arasında mübadilə sazişinin icrası gələn ildən başlayacaq”. Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu Seyid Cəlal Nurmusəvi bildirib. Onun sözlərinə görə, Aşqabadda imzalanmış svop müqaviləsinə əsasən Türkmənistandan İran vasitəsilə Azərbaycan Respublikasına qaz ixracı 2022-ci il yanvarın 1-dən başlayacaq.

Ətraflı oxu »

Almas İldırımın oğlu ilk dəfə şairlə bağlı gizli məqamları açıqladı

Azərbaycan Televiziyasının “Yüz ilin sirləri”ndə bu dəfə şair Almas İldırımdan bəhs ediləcək. AzTV xəbər verir ki, veriliş bu gün yayımlanacaq. “Yüz ilin sirləri”ndə iki dəfə sürgün edilmiş, represiyanın güllələnməmiş ən böyük qurbanı, dost sandığı məşhur yazıçı tərəfindən xəyanətə uğrayan, keçmiş sevdiyi xanımın həyat yoldaşı (yazıçı) tərəfindən sona qədər təqib edilən …

Ətraflı oxu »

Rusiya-NATO Şurasının iclas tarixi açıqlandı

Rusiya-NATO Şurasının iclası yanvarın 12-də baş tuta bilər. Bu barədə “Anadolu” agentliyi alyansdakı mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, bu tarixi NATO-nun baş katibi, eyni zamanda Şuranın sədri olan Yens Stoltenberq müəyyənləşdirib. “Biz bu məsələ ilə bağlı Rusiya ilə əlaqə saxlayırıq”, – mənbə bildirib. Agentlik vurğulayıb ki, həmin gün NATO-ya üzv …

Ətraflı oxu »

Sabahın hava proqnozu açıqlandı

Milli Hidrometeorologiya Xidməti dekabrın 27-də gözlənilən hava şəraiti ilə bağlı proqnozu açıqlayıb. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacaq.  Atmosfer təzyiqi  764 mm civə sütunundan 767 mm …

Ətraflı oxu »

Restoranlarda “depozit” tələbi qanun pozuntusudur – VİDEO

Bəzi restoranlarda  vaxt keçirmək istəyən  müştərilər bunun üçün öncədən  depozit ödəməli olurlar. Təbii ki bu hal müştəriləri narazı salır. Maraqlıdır ki,  restoranlar niyə depozit sistemi ilə işləyir?  Digər bir məqam  müştəri ilə sahibkarı üz-üzə qoyan depozit sisteminin qanuni olub-olmaması ilə bağlıdır. Müştərilər yemək yeməmişdən əvvəl onlardan pul-depozit tələb olunur. Yəni …

Ətraflı oxu »

Əlillik təyinatı ilə bağlı yeni qaydalar belə olacaq – VİDEO

Bu xəbərimizdə həssas qrupu əhatə edən bir yeniliklə bağlı məlumat verəcəyik. Əlliyin qiymətləndirilməsi ilə bağlı göndərişlərin verilməsi qaydası dəyişib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Yeni meyarları nəzərinizə çatdırırıq. Əlillik yeni meyarlar ilə müəyyən olunacaq. Bu məqsədlə 100-ə yaxın qanunvericilik aktına dəyişiklik olunub. Baş nazir Əli Əsədovun verdiyi …

Ətraflı oxu »

Zabit Səmədovun nokauta saldığı idmançı koronavirusdan öldü

Belçika kikboksçusu Frederik Sinistra koronavirusdan vəfat edib. “Haber Global”ın məlumatına görə, ölkənin ən güclü insanı hesab olunan 40 yaşlı idmançı müalicə aldığı xəstəxanada dünyasını dəyişib. O, bir müddət öncə koronavirusu ciddiyə almadığını və bu səbəbdən peyvənd olunmaqdan imtina etdiyini bildirib. Sinistra yaşının və fiziki durumunun onu hər hansı bir koronavirus …

Ətraflı oxu »

Moskvada Ermənistan təmsilçiləri ilə görüşən Fərhad Bədəlbəyli: “Ümidim biznesədir”

Azərbaycan və Ermənistandan bir qrup ziyalı Moskvada Rusiyanın vasitəçiliyi ilə görüşüb. Bu görüşdə Azərbaycanı Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Ermənistanı Yerevan Dövlət Tibb İnstitutunun rektoru Armen Muradyan, Hovhannes Tumanyan adına Dövlət …

Ətraflı oxu »