Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Vəliyevlərin qardaşının Rusiyadakı şirkəti 6 il sonra gəlir əldə etdi – Təfərrüat

Vəliyevlərin qardaşının Rusiyadakı şirkəti 6 il sonra gəlir əldə etdi – Təfərrüat

Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev və Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin qardaşı Şahmar Vəliyevin Rusiyanın Yesentuki şəhərində təsis etdiyi “Rusel” şirkəti ötən il üçün maliyyə hesabatını açıqlayıb.
Belə ki, “Rusel” şirkəti 2022-ci ildə 4 milyon 76 min rubl (54 min dollar) gəlir əldə edib və bu gəlirin cəmi 120 min rublu (1,6 min dollar) xalis mənfəət olub.
Məlumat üçün bildirək ki, yaşayış və qeyri-yaşayış binalarının tikintisilə məşğul olan şirkət 2016-cı ildə təsis olunub. Təsis olunduqdan sonra “Rusel” şirkəti ilk dəfə mənfəət əldə etdiyini bəyan edib. Şirkət 2021-ci ildə 1,24 milyon, 2018-ci ildə isə 1,25 milyon rubl zərər etdiyini açıqlamışdı.
Qeyd edək ki, hazırda şirkətin yeganə təsisçisi Şahmar Vəliyevdir. “Rusel”in direktoru isə Olqa Kərimovadır. Şahmar Vəliyevin Rusiyada təsisçisi olduğu daha bir şirkət “Rusel Park” adlanır. Bu şirkəti 2021-ci ilin noyabr ayında Nataliya Orlyuk adlı şəxs təsis edib və ötən ilin mart ayından isə şirkətin təsisçisi Şahmar Vəliyev olub.
Onu da qeyd edək ki, Şahmar Vəliyev 2017-ci ildə keçirilən Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində Kislovodsk şəhərində “Rusel” sanatoriyasının tikintisilə bağlı müqavilə imzalayıb. Rusiya mətbuatının yazdığına görə “Rusel” sanatoriyasının tikintisinə 2018-ci ildə başlanılıb və 2021-ci ildə başa çatdırılıb.
Qeyd edək ki, Azərbaycanda da “Rusel” adı ilə fəaliyyət göstərən və Şahmar Vəliyeva məxsus şirkətlər var. Şahmar Vəliyevin direktoru olduğu “Rusel” şirkəti (VÖEN- 1600133861) dövlət qurumlarının keçirdiyi müxtəlif tenderlərdə qalib olub. Xətai rayonundakı “Rusel Plaza”nın da Şahmar Vəliyevə məxsus olduğu bildirilir. Bunlardan başqa Şahmar Vəliyev “Rusel” şirkəti ilə eyni ünvanda yerləşən “Azneftemaş” ASC-nin də prezidentidir.

Yeniavaz.com

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …