Cümə axşamı , May 2 2024
Ana səhifə / Araşdırma / Türkiyədə polis əməliyyatı: azərbaycanlı və erməni qadınlar saxlanıldı

Türkiyədə polis əməliyyatı: azərbaycanlı və erməni qadınlar saxlanıldı

Türkiyənin Aydın bölgəsinin Quşadası qəsəbəsində fahişəliklə məşğul olan xarici ölkə vətəndaşı qadınlara qarşı polis əməliyyatı keçirilib.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, polisə bəzi bar sahiblərinin xaricdən qadın gətirərək fahişəliyə cəlb etdiyi haqda məlumat daxil olub.

Bu məlumat əsasında polis qəsəbədəki 2 evdə, 2 barda və 3 avtomobildə gecə axtarış aparıb. Axtarış zamanı fahişəliklə məşğul olan 2 Azərbaycan, 3 Ermənistan, 2 Özbəkistan, 3 Qazaxıstan, 2 Ukrayna, 4 Qırğızıstan vətəndaşı olmaqla cəmi 16 qadın saxlanılıb. Həmin qadınları fahişəliyə cəlb edən 5 nəfərin barəsində həbs qərarı verilib. Saxlanılan qadınlar isə dindirmədən sonra deportasiya olunacaq.

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …

Bir cavab yazın