Ana səhifə / Araşdırma / Sutka ərzində 577 mindən çox yeni yoluxma, 11 mindən çox ölüm faktı

Sutka ərzində 577 mindən çox yeni yoluxma, 11 mindən çox ölüm faktı

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 577 mindən çox artıb.

Virtualaz.org bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında belə deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 577 198 nəfər yeni koronavirusa yoluxub, 11 263 nəfər isə dünyasını dəyişib.

Beləliklə, yoluxanların ümumi sayı 60 074 174, ölənlərin isə 1 416 292 nəfərə çatıb.

Qeyd edək ki, ÜST-nin hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Həmçinin oxuyun

Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır? – AÇIQLAMA

Azərbaycanda ətin qiyməti bahadır. Hazırda paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu …