Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Kəlbəcərin Zod mədəninin taleyini kim həll edir?..

Kəlbəcərin Zod mədəninin taleyini kim həll edir?..

“Bu, hərbi sual deyil. Orada çalışanları şirkət xəbərdar etməli idi, ordu onlara iş verən deyil”-Ermənistan MN

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəhbərinin birinci müavini Tiran Xaçatryan Zodla bağlı danışıqların artıq Azərbaycan və Rusiya hərbçiləri arasında davam etdiyini bildirib.
Erməni KİV xəbər verir ki, Azərbaycan ordusu bölgədəki rus hərbçilərindən sözügedən ərazini tərk etmələrini tələb edib.
“Azərbaycan hərbçiləri rus postlarına buranı tərk etməli olduqlarını söyləyiblər. Rus hərbçilər bizimlə əlaqə saxladılar. Rusiya tərəfinə bildirdik ki, Azərbaycan tərəfinin belə tələbləri var. Sonra danışıqlar onlar arasında davam etdi. Bu danışıqların nəyə gətirib çıxaracağını və bundan sonra nə olacağını bilmirik. Ancaq hərbçilər bu ərazini tərk etdilər”, – T.Xaçatryan bildirib.
Mədənin bir hissəsinin Ermənistan, bir hissəsinin isə Azərbaycan ərazisinə düşdüyünü deyən Xaçatryan “mədəni kim işlədəcək” sualına “Bu, hərbi sual deyil. Orada çalışanları şirkət xəbərdar etməli idi, ordu onlara iş verən deyil”, -deyə cavab verib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …