“Yaxın vaxtlarda başıma gələn hadisə barədə Sizin vasitənizlə
çoxsaylı izləyiciləri məlumatlandırmaq istəyirəm ki, mənim başıma gələn
heç kimin başına gəlməsin”. Bu barədə DİA.AZ-a müraciət edən sumqayıtlı
sahibkar Məhərrəm Həsənov bildirir. Narazı vətəndaş yazır:
“Belə
ki, Sumqayıt şəhərində icarəyə götürdüyüm parfumeriya dükanında
satışları artırmaq məqsədi ilə mövsümi aylarda avtobuslarda reklam
vermək qərarına gəldim. Bu işlə məşğul olan “Busmedia” reklam şirkətinə
müraciət etdikdə mənə 7 və 7a avtobuslarında video reklam çarxımın
yayımlanması üçün məndən aylıq 600 manat ödəniş istədilər. Sonda aylıq
500 manata razılaşdıq və məndən Vöenimi və ödənişi ödəyəciyim təqdirdə
reklam yayımına başlayacaqlarını bildirdilər. 500 manatı və satıcımın
adına olan vöeni təqdim edib çıxıb getdim və reklam çarxım avtobuslarda
yayımland. Düzdür bu reklamın mənim satışlarıma heç bir xeyri olmasa da
bir müddət sonra ziyanını hiss etdim. Belə ki, ödədiyim 500 manat reklam
xərcimi rəsmiləşdirərək vergi idarəsinə mənim vöenimə elektron qaimə
göndərmişdilər ki, bu da mənə problem yaratdı. Ötən dövrlərdə mütamadi
aylıq dövriyyəmi 1000 manat göstərərək 2%-ni 20 manatı sadələşdirilmiş
vergi kimi büdcəyə ödəyib vergiyə rübülk hesabat təqdim etdiyim üçün
mənim 500 manat reklama pul xərclədiyim vergi orqanlarında şübhə
yaratmışdır. Belə ki, ayda 300 manat icarəyə 200 manat satıcaya
verdikdən sonra 500 manat da reklama ödədiyim üçün mənim havayı
işlədiyim ortaya çıxırdı.
Kameral yoxlama keçirərək reklam xərclərinin ümumi dövriyyənin 20%-dən
çox ola bilməz faktını qarşıma qoyaraq mənim aylıq vergimi 2 dəfə
qaldıraraq 40 manat etdilər və mənimlə partnyorluq müqaviləsi bağlayaraq
çıxıb getdilər. Bu da oldu mənə reklamın faydası.
Bütün bu işlər tam qanuni olduğu üçün heç kimə şikayət etmək fikrim də olmadı”.
Daha
sonra narazı sahibkar dia.az-a bildirir: “Yazmaqda məqsədim odur ki,
Sumqayıtda sahibkarlar ayıq olsunlar və mənim kimi reklam şirkəti ilə
vergi qurumunun qurduğu tələyə düşməsinlər reklama pul xərclədikdə bunu
nə kimi nəticələri ola biləcəyini düşünsünlər”.
İddia olunanlarla bağlı dia.az olaraq bütün tərəfləri dinləməyə hazırıq…
Həmçinin oxuyun
Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…
Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …