Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Qəddafinin oğlu hakimiyyətə gələ biləcəkmi…

Qəddafinin oğlu hakimiyyətə gələ biləcəkmi…

Politoloq: “Atasının səhvlərindən nəticə çıxarsa və demokratik idarəçiliyə üstünlük versə, Liviyanı xilas edə və tarixdə qala bilər”

Liviyanın sabiq prezidenti Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi ölkədə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb. Bu barədə “Egypt Today” məlumat yayıb.

Qəddafinin nümayəndəsi Basim əl-Haşimi əl-Sul deyib ki, Seyf əl-İslam 2018-ci ilin ortalarında keçiriləcək prezident seçkilərində namizəd olacaq. O qeyd edib ki, Seyf əl-İslam Qəddafi Liviyada münaqişəli tərəflərin hamısı ilə razılıq əldə etməyi və ölkənin təhlükəsizliyi və stabilliyini təmin etməyi planlaşdırır.

Xatırladaq ki, 2011-ci ildə başlanan ərəb inqilabları zamanı 42 il Liviyaya rəhbərlik edən Müəmmər Qəddafi üsyançılar tərəfindən linç edilərək öldürülüb. Onun hakimiyyətdən gedişinin Liviyanı demokratik ölkəyə çevirəcəyinə olan ümidlər isə puç olub. M.Qəddafisiz Liviyada onun dövründəki sabitlikdən, yüksək sosial həyatdan əsər-əlamət qalmayıb. Artıq neçə ildir ölkə faktiki olaraq bir neçə yerə parçalanıb, vətəndaş müharibəsi gedir, ölkə əhalisi səfalət içərisində əzab çəkir.

Belə bir vəziyyətdə Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Qəddafinin prezident seçkilərinə qatılması Liviyada yeni dönəmin başlaya biləcəyi ehtimalını artırıb. Bəs onun seçilməsi mümkünmü? Bu baş versə, inqilablar olan ölkələr üçün presedent rolunu oynaya bilərmi? Oğul Qəddafinin gəlişinə Qərb şərait yaradarmı və o, Liviyanı birləşdirməyi bacararmı?

Image result for Əhəd Məmmədli

Politoloq Əhəd Məmmədli bildirdi ki, Seyf əl-İslam yüksək təhsil almış və Liviyada əksər qəbilələrin qəbul edə biləcəyi şəxsdir. Liviyanın hazırkı durumu onun hakimiyyətə gəlişinə Qərbin də yaşıl işıq yandırması ehtimalını gücləndirir:“Liviyada inqilab zamanı şəxsən mən Seyf əl İslama nifrət edirdim, illər keçdikdən, Liviyanın vəziyyətini, hansı hala salındığını gördükdən sonra nə qədər yanıldığımı gördüm. Seyf əl İslam əsir götürüləndən, barmaqlarını itirdikdən sonra Liviya tayfalarının birində həyatını davam etdi, orda onu müalicə etdilər, evləndirdilər. Həyata yenidən qayıdandan sonra indi də siyasətə qayıdır. Prezident seçkilərində seyf əl-İslam qalib gəlsə, təbii ki, bu bir presedent yarada bilər. Onsuz da ərəb dünyasında belə bir presedent var. Məsələn, Livanda Xəririni göstərə bilərik. Düzdür, Livan dövlət quruluşu və əhalisinin tərkibinə görə Liviyadan fərqlənir, amma Seyf əl-İslamın Liviya prezidenti olmasına həm xalqın səs verməsi, həm də böyük güclərin imkan yaratması mümkündür. Liviyanın indiki vəziyyətində xalq yenidən sabitliyin, ölkənin vahidliyinin qaytarılması üçün oğul Qəddafiyə etimad göstərə bilər”.

Politoloq hesab edir ki, bu baş verəcəyi halda oğul Qəddafi atasının səhvlərindən nəticə çıxarıb diktaturaya qayıtmasa, atasının, ailə üzvlərinin, itirdiyi barmaqlarının heyfini çıxmaq üçün qisasçılıq siyasəti yürütməsə, demokratik idarəçiliyə üstünlük versə, Liviyanı xilas edə və tarixdə qala bilər.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …