Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Nizami Gəncəvinin mövcud portreti necə çəkilib?

Nizami Gəncəvinin mövcud portreti necə çəkilib?

Nizami Gəncəvinin mövcud portreti 1940-cı ildə rəssam Qəzənfər Xalıqov tərəfindən çəkilmişdir. Bəs necə olub ki, portret bu şəkildə çəkilib? Doğrudanmı, Nizami Gəncəvi bu görünüşə malik idi? Nizami Gəncəvinin 800 illik yubileyi keçirilməsi qərara alınır. Amma bu yubileydə Nizamini əyani surətdə canlandıracaq hər hansı şəkli olmur. Buna görə də müsabiqə elan olunur, ədəbiyyatşünaslar, tarixçilər və rəssamlar işə cəlb olunur. Müxtəlif variantlarda Nizaminin portretini çəkirlər. Nizamişünas Yevgeni Bertels, filosof Heydər Hüseynov və ədəbiyyatşünas Həmid Araslı Nizaminin xarici görünüşünün təxmini necə olduğunu dedikdən sonra Üzeyir Hacıbəyov bildirir ki, “Siz dediyiniz parametrlərdə Ağcabədidən bir axund tanıyıram” .

Həmin axunda Tarix Diyarşünaslıq Muzeyindən alınmış geyimlər geyindirildikdən sonra, rəssam Qəzənfər Xalıqov Nizami Gəncəvinin portretini yaradaraq, müsabiqənin qalibi olur… Portretin çəkilişinə Xalıqovu öz məsləhətləri ilə Y. Bertles, filosof Heydər Hüseynov və ədəbiyyatşünas Həmid Araslı ilhamlandırmış və təşviq etmişlər. Nəticədə bu üç alimin söylədiklərini nəzərə alan Qəzənfər Xalıqov Nizami Gəncəvinin bədii portretini işləmişdir. 1940-cı ildə müsabiqənin ikinci mərhələsində bu portret müsabiqəyə təqdim edilmiş əsərlər arasında ən yaxşısı seçilərək, birinciliyə layiq görülmüşdür. Bu gün hər kəsin birmənalı olaraq qəbul etdiyi Nizami Gəncəvinin şəkli bu şəkildə ərsəyə gəlmişdir…

Leyla FAİQQIZI,

Azinforum.az

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …