Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Nardaran hadisələrindən zərər çəkən sakinlər polisə müraciət ediblər

Nardaran hadisələrindən zərər çəkən sakinlər polisə müraciət ediblər

Nardaranda noyabrın 26-da polislə dindarlar arasında baş verən silahlı qarşıdurmadan sonra kənd sakinlərinin keçirdiyi etiraz aksiyaları zamanı ziyan görən sakinlər polisə müraciət ediblər. 
Musavat.com-un əldə etdiyi məlumata görə, Nardaran qəsəbəsi, 84-cü döngə, ev 5-də yaşayan 1972-ci il təvəllüdlü Hafiz Abbasovun evinin arxa divarına benzinlə dolu şüşə qab (molotov kokteyli) atılıb. Yanğın nəticəsində evin divarı zədələnib.
Ev sahibi bununla bağlı Sabunçu rayonu 14-cü Polis Bölməsinə müraciət edib. Hadisənin kənd sakinlərinin Nardarana girişi bağladığı, postların qurulduğu gün – noyabrın 27-də gecə saat 1 radələrində baş verdiyi bildirilir.
Başqa bir kənd sakin Svetlana Mahmudova da Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək, həyətinə “molotov kokteyli” atıldığını bildirib.
1945-ci il təvəllüdlü Svetlana Mahmudova Nardaran qəsəbəsi, 768 nömrəli bağ evinə benzinlə dolu şüşə qab atıldığını, lakin alışmadığını bildirib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, noyabrın 26-da iki polis əməkdaşının və 4 dindarın ölümü ilə nəticələnən, Tale bağırzadə ilə yanaşı, daha 13 nəfərin saxlanıldığı hadisədən sonra kənd sakinləri etiraz aksiyaları keçirmişdilər.
Noyabrın 30-dan kəndə giriş-çıxışa kənd sakinləri nəzarət edirdilər. Hökumətlə danışığa gedən kənd ağsaqqalları kənd meydanını boşaltdılar. Dekabrın 1-dən Nardaran Daxili Qoşunların və polisin nəzarətindədir.

 

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın