Ana səhifə / Araşdırma / Mənsimovun 4 tankerini kimlər aldı…

Mənsimovun 4 tankerini kimlər aldı…

Azərbaycanlı gəmiçilik maqnatı, son illər donanması nəhəng borclar altında “batan” Mübariz Mənsimovun 4 tankeri Rusiyanın “Sberbank” ına olan borcların əvəzində hərracla satılıb. Virtualaz.org xəbər verir ki, “Palmali Gemiçilik” şirkətlər qrupunun ötən il müflis elan edilən Rusiya törəməsi “Palmali” MMC-nin mülkiyyətində olan tankerlərin satışından cəmi 8 milyon dollar vəsait əldə olunub. Şirkətin “Sberbank”a olan borcu isə 210 milyon dollardır.

Hərrac zamanı “Palmali”nin tankerlərindən ikisini Nigeriya şirkəti “Deep Frontline Shippers” alıb. Bunlar 6600 ton yük tutumlu “Riroil-2” və “Riroil-3” tankerləridir. Nigeriya şirkəti gəmilərin adını “Vedmata” və “Vishvamata” olaraq dəyişdirib.

“Palmali”nin gəmilərindən daha birini-6600 ton yük tutumlu “Riroil-1” tankerini “Karadeniz Holding” adlı dəniz yükdaşıma şirkəti alıb. Bu şirkətin fəaliyyəti ənənəvi okean ticarət gəmilərini İraq və Livan kimi enerji baxımından yoxsul ölkələrə xidmət verən üzən elektrik stansiyalarına çevirməkdir.

Mənsimovun hərraca çıxarılan dördüncü gəmisi “Riroil-4” isə “Hellenic Environmental Center” adlı Yunanıstan şirkəti alıb.

Xatırladaq ki, Mənsimov Rusiya yükdaşımalar bazarını tərk etdikdən sonra bütün biznesini Türkiyəyə cəmlədiyini elan edib.

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …