Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Məmmədovun qurduğu monitorlar niyə işləmir?

Məmmədovun qurduğu monitorlar niyə işləmir?

Paytaxtdakı dayanacaqlarda quraşdırılan informasiya terminallarının əksəriyyəti işləmir. İşləyənlərdə isə göstərilən məlumatlar düzgün deyil. 

“ Azinforum.az ” XəzərXəbər-ə istinadən bildirir ki, nəqliyyatın intelektual idarəetmə sisteminin bir parçası olan bu monitorlardan vətəndaşlar faydalana bilmir. Əksər monitorların üzərini toz basıb, müxtəlif reklam yazılarının yapışdırıldığı lövhəyə çevrilib.

Bəzi dayanacaqlardakı terminallar işlək vəziyyətdə olsa da informasiyalar düzgün deyil. Belə ki həmin ərazidən keçen avtobusların heçdə hamısının marşurut xətti və intervalı ilə bağlı məlumatlar sistemə əlavə edilməyib. sistemdə olan marşurutların hərəkət intervalı isə düzgün göstərilmir.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, bu və digər çatışmzalıqların aradan qaldırılması üçün Türkiyədən mütəxəssislər dəvət olunub. İstanbulda nəqliyyatın inetellektual idarə edilməsini həyata keçirən qurumun nümayəndələri Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində olublar və mərkəzin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

“Qafqazinfo” xatırladır ki, həmin monitorlar keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun təşəbbüsü ilə dövlət büdcəsi hesabına dayanacaqlara quraşdırılıb.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …