Ana səhifə / Araşdırma / Lənkərandakı uşaq evində silahlı insident

Lənkərandakı uşaq evində silahlı insident

Dünən axşam saatlarında Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, insident Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evində qeydə alınıb.

Uşaq evinin sakini olan 16 yaşlı Abdullayev Emil Tofiq oğlu eyni tərbiyə müəssisəsində yaşayan Seyran adlı digər bir yoldaşı tərəfindən bıçaqlanıb. Qarın nahiyəsindən kəsilmiş-deşilmiş yara alan E.Abdullayev dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əməliyyat olunan yeniyetmənin vəziyyətinin stabil olduğu bildirilir.

Hadisəni törətməkdə şübhəli bilinən digər yeniyetmə istintaqa cəlb edilib.

İnsidentin hansı səbəbdən baş verdiyi barədə hələlik məlumat yoxdur.

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …

Bir cavab yazın