Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Köçkünlərin yataqxanasındakı yanğın qəsdən törədilibmiş – Ər-arvad ölmüşdü

Köçkünlərin yataqxanasındakı yanğın qəsdən törədilibmiş – Ər-arvad ölmüşdü

Martın 6-da Nərimanov rayonu, Malik Məmmədov 12 ünvanındakı məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğının qəsdən törədildiyi aşkar edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalistlərə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev danışıb. Sədr qeyd edib ki, bu fakt istintaq zamanı ortaya çıxıb. 

Rövşən Rzayev bildirib ki, məsələ ilə bağlı cinayət işi açılıb.

Xatırladaq ki, həmin yanğın zamanı Laçından olan məcburi köçkün 1958-ci il təvəllüdlü Surxay Əliyev və həyat yoldaşı Elza Əliyeva vəfat etmişdi.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …