Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Araşdırma / Jurnalisti canlı yayımda belə vurdular – VİDEO

Jurnalisti canlı yayımda belə vurdular – VİDEO

Rusiyanın NTV telekanalının müxbiri Nikita Razvozjayev “Obzor. Çrezvıçaynoe proisşestvie” verlişinin canlı efiri zamanı hücuma məruz qalıb.

Azinforum.az Sputnik.az-a istinadən xəbər verir ki, jurnalist Hava Desant Qoşunları Gününün qeyd olunduğu Moskvanın Qorki parkındakı fontanların yanında “Raspleskalas sineva…” adlı reportaj hazırlayarkən parkdakı adamlardan birinin zərbəsinə tuş gəlib.

Ona sərxoş bir kişi yaxınlaşıb, ana söyüşləri söyüb və Ukraynanı alacağı ilə hədələyib.

“Zəhmət olmasa, susun” – deyə Razvozjayev bildirib. Elə bu zaman sərxoş kişi onun sifətinə yumruq ilişdirib.

“Sən mənimlə belə danışsan, payını alacaqsan” – deyə hücum edən şəxs aqressivcəsinə deyib.

Onu tezliklə saxlayıblar. Verilişin aparıcısı isə, “bizdə nəsə problem var” deyə reportaja ara verməli olub və Razvozjayevin yaxşı olduğuna ümid etdiyini bildirib.

Jurnalistə hücum edən şəxsin əynində Ukraynanın “Oplot” təşkilatının loqotipi olan futbol köynəyi olub. Bu təşkilat 2013-2014-cü illərdə Ukraynada yaşanan siyasi böhran zamanı məşhurlaşıb. 2014-cü ilin aprelində bu təşkilatın fəalları Donetskdə şəhər sovetinin binasını zəbt ediblər. Elə həmin il də rəsmi Kiyev “Oplot”u terror təşkilatı elan edib.

“Oplot” Ukrayna güc strukturlarından istefa vermiş Yevgeni Jilin tərəfindən yaradılıb. Jilin ötən ilin 19 sentyabrında Moskva ətrafındakı Qorki-2 qəsəbəsi ərazisində olan “Veterok” restoranında sui-qəsd nəticəsində öldürülüb.

Sonradan o da məlum olub ki, avqustun 2-də parkda jurnalisti döyən şəxs futbol fanatı olub. O, Moskva klubu olan “Yaroslavka”nın fəal azarkeşlərindən imiş. Amma onu alkaşlıq etdiyinə və qeyri-adekvat hərəkətlərinə görə çoxdan “Yaroslavka” fanklubundan qovublar.

O, jurnalisti döydüyünə görə, hüquq-mühafizə orqanlarına izahat verməkdədir.

Həmçinin oxuyun

Qarabağ savaşı: 1 aylıq Vətən Müharibəsinin yaratdığı REALLIQLAR

Bu gün Vətən Müharibəsinin başlanmasından 1 ay ötür. Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi …

Bir cavab yazın