Ana səhifə / Araşdırma / İki azyaşlı uşağını boğub öldürən ananın məhkəməsi başlayır

İki azyaşlı uşağını boğub öldürən ananın məhkəməsi başlayır

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki azyaşlı körpəsini qətlə yetirən 1988-ci il təvəllüdlü Nəsibə Qurbanovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Eynulla Vəliyev sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı noyabrın 30-a təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi bu ilin may ayında Albalı bağ massivində qeydə alınıb. İkinci Albalı bağ massivi 515-ci bağ evində yaşayan 1988-ci il təvəllüdlü Nəsibə Qurbanova evdə tək olarkən iki körpə balasını boğub öldürüb. Daha sonra məktub yazaraq intihara cəhd edib.

Məlum olub ki, o, 2012-ci il təvəllüdlü Ayan Məlikzadəni və 10 aylıq körpəsi Ayşəni boğaraq öldürüb. Qadın ağır yaralı vəziyyətdə xəstəxanaya aparılıb. O, hadisəni bezdiyindən, yaşamaq istəmədiyindən törətdiyini və övladlarını heç kimə əmanət etmədiyindən elədiyini bildirib.

 

Həmçinin oxuyun

Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır? – AÇIQLAMA

Azərbaycanda ətin qiyməti bahadır. Hazırda paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu …

Bir cavab yazın