Çərşənbə , May 8 2024
Ana səhifə / Araşdırma / İcra Hakimiyyətinin şöbə müdiri istintaqa cəlb edildi

İcra Hakimiyyətinin şöbə müdiri istintaqa cəlb edildi

Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) Təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov istintaqa cəlb edilib.

“ Azinforum.az ” “Report”a istinadən xəbər verir ki, Ə.Rəcəbov rayon ərazisində Azadlıq prospekti 200/36 ünvanında baş verən yanğın hadisəsi ilə bağlı dindirilib. Binəqədi Rayon İcra Hakimiyyəti faktı təsdiqləyib. “Lakin Ədalət Rəcəbovun həbs edilməsi ilə bağlı məlumatlar düzgün deyil”, – RİH-dən bildirilib.

Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğın nəticəsində 4-ü azyaşlı olmaqla 15 nəfər ölüb, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb və ya zəhərlənib.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci – vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci – ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanılmış, eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

 

Həmçinin oxuyun

Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır? – AÇIQLAMA

Azərbaycanda ətin qiyməti bahadır. Hazırda paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu …

Bir cavab yazın