Dünən Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları Nardaran qəsəbədə yerləşən hazırda istifadə olunmayan “Hacı Əbdül” hamamında məlum Nardaran hadisələri zamanı silah-sursat gizlədildiyi barədə məlumat əldə ediblər.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı DİN-in mətbuat xidmətinin rəisi müavini, polis polkovniki Ehsan Zahidov özünün “facebook” səhifəsində paylaşıb.
Məlumatda bildirilir ki, dərhal keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlumat təsdiqini tapıb. Polis əməkdaşları qeyd olunan ünvandan “AKS” markalı avtomat, 4 əl qumbarası, 50 avtomat patronu, 2 qumbara alışdırıcısı və dini mərasimlərdə istifadə olunan zəncir” aşkar edərək götürüblər.
Ona görə də vətəndaşlarımız bilməlidi ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat könüllü olaraq hüququ-mühafizə orqanlarına təhvil verilməlidir.