Ana səhifə / Araşdırma / “Hacı Əbdül” hamamında çoxlu sayda silah-sursat tapıldı – FOTOLAR

“Hacı Əbdül” hamamında çoxlu sayda silah-sursat tapıldı – FOTOLAR

Dünən Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları Nardaran qəsəbədə yerləşən hazırda istifadə olunmayan “Hacı Əbdül” hamamında məlum Nardaran hadisələri zamanı silah-sursat gizlədildiyi barədə məlumat əldə ediblər.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı DİN-in mətbuat xidmətinin rəisi müavini, polis polkovniki Ehsan Zahidov özünün “facebook” səhifəsində paylaşıb.

Məlumatda bildirilir ki, dərhal keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlumat təsdiqini tapıb. Polis əməkdaşları qeyd olunan ünvandan “AKS” markalı avtomat, 4 əl qumbarası, 50 avtomat patronu, 2 qumbara alışdırıcısı və dini mərasimlərdə istifadə olunan zəncir” aşkar edərək götürüblər.
Ona görə də vətəndaşlarımız bilməlidi ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat könüllü olaraq hüququ-mühafizə orqanlarına təhvil verilməlidir.

9e6a1feb-c1fa-48f4-8eb8-6f4eb6365fcb.jpg (73 KB)

616201f8-4b61-49e1-b224-818677eab041.jpg (61 KB)

ac62087b-09af-42f0-9068-e7aad4081782.jpg (67 KB)

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın