Çərşənbə , May 8 2024
Ana səhifə / Araşdırma / Cahangir Hacıyevin və yaxınlarının evi polis mühasirəsinə alındı

Cahangir Hacıyevin və yaxınlarının evi polis mühasirəsinə alındı

Cahangir Hacıyevin və yaxınlarının evi polislər tərəfindən nəzarətə götürülüb.
Bu barədə musavat.com-a C.Hacıyevin yaxınları məlumat verib.
Məlumata görə, Cahangir Hacıyevə hökm oxunduqdan sonra onun metronun “İçərişəhər” stansiyasının yaxınlığında yerləşən mənzili polislər tərəfindən nəzarətə götürülb.
Həmçinin bacısı Əminə Hacıyevaya məxsus Mərdəkandakı bağ evi və anasından miras qalan evi nəzarətə götürülb.
C.Hacıyevin yaxınları bunun səbəbini bilmədiklərini deyurlər.
İlkin ehtimala görə, bu əməliyyat əmlakın müsadirə olunması ilə bağlıdır.
Qeyd edək ki, Cahangir Hacıyev məhkəmənin qərarı ilə bu gün 15 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır? – AÇIQLAMA

Azərbaycanda ətin qiyməti bahadır. Hazırda paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu …

Bir cavab yazın