Bazar ertəsi , May 6 2024
Ana səhifə / Araşdırma / Bu qadın evində işlətdiyi ustanı bıçaqladı – FOTO

Bu qadın evində işlətdiyi ustanı bıçaqladı – FOTO

Ağcabədi rayonunda cinayət hadisəsi baş verib.

BakiPost.az xəbər verir ki, Vaqif küçəsi, ev 20 ünvanında yaşayan Səfərova Aynur Zakir qızı həyətində işlətdiyi ustanı bıçaqlayıb. Məlumata görə, buna səbəb ev sahibəsi ilə usta arasında pul üstə mübahisə olub. Rayon sakinləri bildiriblər ki, usta zəhmət haqqını tələb etdikdə, A.Səfərova pulu verməkdən imtina edib və bundan sonra tərəflər arasında narazılıq yaranıb. Ev sahibi əvvəlcə ustaya özünü bıçaqlayaraq ona şər atacağı ilə hədə gəlib. Bu variant baş tutmadıqda isə borcu olduğu şəxsə hücum edərək, bıçaq zərbələri endirib.

Xəsarət alan usta dərhal Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və xoşbəxtlikdən onun həyatını xilas etmək mümkün olub.

Cinayəti törədən qadın isə polisə aparılıb. Hazırda Ağcabədi Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Məlumata görə, bu, Aynur Səfərovanın ilk cinayət işi deyil.

Həmçinin oxuyun

Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı – SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 

Sabiq deputat, eks səfir Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanladığı, “hörmətli Ramiz müəllim, yalnız sizin oxumağınız …

Bir cavab yazın