Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Bakıda qadın bankın şüşələrini sındırdı – Əlində daş tutuldu

Bakıda qadın bankın şüşələrini sındırdı – Əlində daş tutuldu

Bakıda 46 yaşlı qadın bank filialının şüşələrini sındırıb.

“ Azinforum.az ” Lent.az-a istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsində yerləşən banklardan birinə məxsus filialdan polisə “həyəcan” siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, bankın giriş qapısının şüşəsinin sındırıldığını aşkar ediblər.

Əməkdaşlar obyektin qarşısında olan Suraxanı rayon sakini, 1971-ci il təvəllüdlü Qarayeva Flora Fərhad qızını əlində daş parçası ilə saxlayaraq ərazi üzrə 13-cü Polis Bölməsinə təhvil veriblər.

Faktla bağlı Sabunçu RPİ-nin 13-cü PB-də araşdırma aparılır.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın