Bazar ertəsi , May 6 2024
Ana səhifə / Araşdırma / Bayraq Meydanı İdarəsinin keçmiş rəisi və şəriki saxlanıldı

Bayraq Meydanı İdarəsinin keçmiş rəisi və şəriki saxlanıldı

“Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov və onun şirkətdəki şəriki Azər Əsgərov bu gün saxlanılıblar.

“Azİmport”dakı mənbələrdən virtualaz.org saytına verilən xəbərə görə, mülki geyimli şəxslər bu gün şirkətin ofisinə gedərək hər iki şəxsi saxlayıblar.

Məlumata görə, həmin mülki geyimlilər bir müddətdən sonra Azər Əsgərovla birlikdə şirkətin ofisinə qayıdıblar. Onlar ofisdən zəruri sənədləri götürərək A.Əsgərovla birgə yenidən naməlum istiqamətə gediblər.

R.Məmmədovla A.Əsgərovun hazırda harada olması barədə heç bir məlumat yoxdur. Onlar evlərində deyillər. Heç ofisə də qayıtmayıblar.

Virtualaz.org saytı hüquq-mühafizə orqanlarından R.Məmmədovla A.Əsgərovun saxlanılmasının təfərrüatlarını dəqiqləşdirməyə çalışır.

Qeyd edək ki, R.Məmmədov Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisidir. Virtualaz.org saytı həm də “Azİmport” şirkətinin sahibi olan R.Məmmədovun şirkətinin Bakı sakinlərinə qarşı özbaşınalıqları haqda bir neçə araşdırma yazısı dərc edib. R.Məmmədovun bacısının əri A.Əsgərov tərəfindən rəhbərlik edilən şirkət Bakıda yüzlərlə, minlərlə ailənin halal mal-mülkünü qəsb etməkdə ittiham olunur.

Həmçinin oxuyun

Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı – SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 

Sabiq deputat, eks səfir Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanladığı, “hörmətli Ramiz müəllim, yalnız sizin oxumağınız …

Bir cavab yazın