Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / T-90 zavodunun bank hesabına həbs qoyuldu: bəs Azərbaycanın sifarişi?

T-90 zavodunun bank hesabına həbs qoyuldu: bəs Azərbaycanın sifarişi?

Moskva Arbitraj Məhkəməsi “Alfa-bank”ın iddiası əsasında Rusiyanın “Uralvaqonzavod” elm-istehsalat korporasiyasının bank hesablarındakı vəsaitə həbs qoyub.

Məhkəmənin qərarı ilə “Uralvaqonzavod”un törəmə müəssisəsi olan Çelyabinsk Traktor Zavodunun da bank hesabları bağlanıb.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu haqda məhkəmənin mətbuat xidməti məlumat yayıb.

“Uralvaqonzavod” dünyanın ən iri tank istehsalçısıdır. Bütün dünya üzrə istehsal olunan tankların 60 faizi onun payına düşür. T-90 tankları bu müəssisədə istehsal olunur, habelə ən yeni “Armata” tankları da zavodun məhsuludur. Yaxın vaxtlarda tankın seriya istehsalı başlamalıdır.

“Alfa-bank”ın iddiasına əsasən “Uralvaqonzavod” 6 milyard rubl və 37 milyon dollar həcmində krediti geri qaytarmalıdır. Bank mayın 8-də “Kommersant” qəzetində elan yerləşdirərək “Uralvaqonzavod”un müflis elan edilməsi prosedurunun başladılması üçün məhkəmədə iddia qaldıracağını bildirib.

“Uralvaqonzavod” isə bildirib ki, kreditin qaytarılmasını Çelyabinsk Traktor Zavodu ləngidir və bankın hərəkəti konstruktiv deyil. Müəssisə traktor zavoduna dəstək üçün dövlətdən 15 milyard rubl istəyir.

Qeyd edək ki, “Uralvaqonzavod” Azərbaycanın Nəqliyyat Nazirliyinin ölkənin dəmir yollarının modernizasiyası proqramı çərçivəsində əsas tərəfdaşlarından biridir.

“Azərbaycan Dəmir Yolları” QSC bu müəssisədən minlərlə vaqon və sistern, habelə elektrovozlar sifariş edib. Həmçinin müəssisə Azərbaycana metro qatarları satır. “Uralvaqonzavod” Azərbaycandan aldığı sifariş hesabına böhrandan çıxmağa çalışırdı. İndi müəssisə bank hesablarının bağlanmasından sonra bu sifarişlərin yerinə yetirilməsində çətinliklərlə

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın