Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Bakının marketlərində “sürpriz” xəstəlik satılır: – Amma nə alıcılar, nə satıcılar xəbərdardır

Bakının marketlərində “sürpriz” xəstəlik satılır: – Amma nə alıcılar, nə satıcılar xəbərdardır

İsveçdə məşhur “Kinder Surprise” şokolad yumurtalarında salmonella infeksiyası aşkar edilib və bununla bağlı 4 fakt qeydə alınıb.

Aprelin 4-də isə Avropada bu məhsulla salmonella infeksiyasına yoluxma ehtimalı olan 125 hadisə qeydə alınıb. Britaniya, İrlandiya, Belçika, Fransa və Almaniyada da salmonella aşkar edilib. “Israi News” xəbər verir ki, qabaqlayıcı tədbir olaraq ölkədə bu markalı şokoladlı yumurtalar satışdan çıxarılıb. Məlumata görə, istehsalçı şirkət olan “Ferrero”nun “Kinder Surprise” yumurtaları və bir sıra digər şokolad məhsulları ehtiyat tədbiri olaraq Hollandiyada da rəflərdən yığışdırılır. “Kinder”i istehsal edən İtaliyanın “Ferrero” şirkəti hazırda məhsulların başqa ölkələrə təhvil verilib-verilməməsi ilə bağlı araşdırma aparır. Qeyd edək ki, Böyük Britaniyada 60-dan çox uşaq salmonella virusuna yoluxub.

Salmonella infeksiyası haqqında nə bilirik?

Bədən müqavimətini azaldan ishal, qızdırma və qusma kimi simptomları olan salmonella bakteriyası insan orqanizminə bir çox yolla keçə bilir. Bu virus digər heyvanların, quşların və insanların bağırsaqlarında yaşayır. Çirklənmiş yumurta, quş əti, ət, pasterizə olunmamış süd və ya şirələr, pendir, tərəvəz və meyvələr, ədviyyatlar və qəlyanaltılar virus mənbəyi ola bilər. Bütün yaş qruplarınındakı insanlara yoluxan virus ən çox körpələr, yaşlılar və immun sistemi zəif olan insanlar üçün təhlükəlidir. İnkubasiya müddəti 12-72 saat olan infeksiyanın simptomlarına ishal (bəzən qanlı), qızdırma, qarın ağrısı və qusma daxildir. Sağlam insanların əksəriyyəti müalicə olunmadan 4-7 gün ərzində sağalır. Bununla belə, bəzi xəstələrdə bağırsağın tam normallaşması üçün bir neçə ay vaxt lazımdır. Xəstəliyi olanların kiçik bir hissəsində oynaq ağrısı, göz qıcıqlanması və ağrılı sidik ifrazı inkişaf edə bilər.

Uşaqların sevdiyi şokoladlı yumurtaların “sürpriz”i

Bütün uşaqları maraqlandıran şokoladlı yumurtaların təkcə şokoladı deyil, həm də onun içərisində gizlənən oyuncaqlardır. Bəzi uşaqlar şokoladlı yumurtaların sürprizini sevirlər. Valideynlər isə şokoladlı yumurtaların şokoladlarının keyfiyyətinə daha çox önəm verirlər. Marketlərdə fərqli ölkələrin və fərqli firmaların şokoladlı yumurtaları müştərilərə təklif olunur. Lakin qiymət və keyfiyyətə görə geniş alıcı kütləsi qazanan “Kinder surprise” şokoladlı yumurtalardır. Valideynlərin inanıb və aldığı sürprizli yumurtaların yaratdığı xəstəlikdən bizim marketlərin və alıcıların məlumatı varmı? Marketlərdə “Kinder surprise”in satışına hansısa məhdudiyyət qoyulubmu?

Xəbəriniz varmı ?

Cebhe.info-nun əməkdaşı paytaxtdakı marketlərə baş çəkib, yaranan suallara cavab axtarıb. İstər böyük, istərsə də kiçik, məhəllə dükanlarında “Kinder” məhsulları üçün xüsusi piştaxta ayrıldığının şahidi olduq. Şokoladların ayrı-ayrı marketlərdə fərqli qiymətə satıldığını öyrəndik. İlk girdiyimiz “Grand mart”da “Kinder surprise” yumurtalarının bir ədədi 2 manat 40 qəpiyə təklif edilir. Satıcılar adıçəkilən məhsula əvvəlki ilə eyni dərəcədə marağın olduğunu, eyni sayda sifariş olunduğunu bildirdilər.

Virusa görə yox, bahalığa görə almırlar

Yasamal rayonu ərazisində fəaliyyət göstərən “Araz” supermarket şəbəkəsinə aid olan mağazaların birində alıcıların sürprizli yumurtaları daha ucuz, 2 manat 10 qəpiyə aldıqlarını müşahidə etdik. Satıcılarla söhbətimizdə məlum oldu ki, mağaza işçiləri və rəhbəri sözügedən şokoladla bağlı hansısa yeni məlumata malik deyillər. Satıcılar “Kinder” məhsullarının digər firmaların istehsalı olan şokoladlı yumurtalarla müqayisədə az alındığını bildirdilər. Buna səbəb “Kinder surprise”lərin digərlərinə nisbətən baha olmasıdır. Həmin ərazilərdə yerləşən, əhali arasında daha çox “ucuz market” kimi tanınan “OBA” mağazasında da “Kinder surprise”in qiyməti elə digər mağazadakı qiyamətdən fərqli deyildi. 2 manat 10 qəpiyə satılan “Kinder surprise” şokaladlarının pistaxtada az olduğunu, səbəbinin isə hansısa virusla əlaqəli olmadığı məlumatı aldıq. Məhəllə marketlərində də vəziyyət eynidir. Dükanların ərazisinin imkan verdiyi qədər “Kinder surprise” sərgilənir.

Bir sözlə, marketlərdə satılan şokoladlı yumurtaların “sürpriz”indən hər kəs xəbərsizdir. Deməli, təhlükə var və artır…

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …