Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Bakıdakı atəş səslərinin səbəbi bilindi- bulvarda toplardan yaylım atəşi açılıb

Bakıdakı atəş səslərinin səbəbi bilindi- bulvarda toplardan yaylım atəşi açılıb

Bu gün günorta radələrində Bakının bir çox sakinləri bir neçə dəfə güclü partlayış səsi eşidiblər.

Sosial şəbəkələrdə gedən müzakirələrdə aydın olub ki, partlayış səsləri paytaxtın bir neçə fərqli səmtindən gəlib. Bu sırada Bayıl, Əhmədli, Yasamal rayonları, mikrorayonlar, hətta Bakıxanov və NZS qəsəbələri də var. Bir çox şərhlərdə təlaş və qorxu notları hiss olunub.

Ancaq 1news.az saytının Səbayel rayon Polis İdarəsindən aldığı məlumata görə, gurultunun səbəbi dənizkənarı bulvarın yeni hissəsində quraşdırılan toplardan açılan yaylım atəşləridir.

“Hazırda Hərbi Dəniz Qüvvələrinin təlim-məşq prosesi gedir və səslər də bununla bağlıdır” – Polis İdarəsindən bildirilib.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …