Cümə , Noyabr 27 2020
Ana səhifə / Araşdırma / Bakıda maskalılar dəstəsi tutulub

Bakıda maskalılar dəstəsi tutulub

Bakıda maskalı dəstə üzvləri tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi cinayət-axtarış şöbəsi və 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da saat 04:20 radələrində Şüvalan qəsəbəsində 1946-cı il təvəllüdlü Şövkət Həşimova məxsus bağ evinə maskalanaraq daxil olan, vətəndaşa qarşı zor tətbiq etməklə quldurluq əməli törətməyə cəhd göstərməkdə şübhəli bilinən qəsəbə sakinləri – 1988-ci il təvəllüdlü Samid Tahirov, 1993-cü il təvəllüdlü Elnur Muradov və 1994-cü il təvəllüdlü Nahid Razıyev müəyyən olunaraq tutulublar.

Həmçinin oxuyun

“NAXÇIVAN DƏHLİZİ”nə HANSI TƏHLÜKƏLƏR VAR? –TƏHLİL

Professor Kürşad Zorlu “Habertürk”, Türkiyə, 21 noyabr 2020-ci il Qarabağla bağlı əldə edilən anlaşmanın mətni …

Bir cavab yazın