Bazar ertəsi , May 6 2024
Ana səhifə / Araşdırma / «Azadlıq» qəzetinin əməkdaşı dindirildi – Prokurorluqda!

«Azadlıq» qəzetinin əməkdaşı dindirildi – Prokurorluqda!

«Azadlıq» qəzetinin əməkdaşı Vidadi Məmmədov sentyabrın 7-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilib.

V.Məmmədov prokurorluqdan çıxdıqdan sonra AzadlıqRadiosuna deyib ki, istintaq sirrini açıqlamamaq barədə iltizam verdiyindən, geniş danışa bilməyəcək. Bununla belə o, qeyd edib ki, «Azadlıq» qəzetinin işi ilə bağlı istintaqa çağırılıb.

Bir gün əvvəl, sentyabrın 6-da «Azadlıq» qəzetinin digər əməkdaşı Xəyal Babayev də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilmişdi. O da iltizama qol çəkdiyindən, hansı səbəblə istintaqa dəvət edildiyini söyləməmişdi.

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …

Bir cavab yazın