Şənbə , May 11 2024
Ana səhifə / Araşdırma / “Azərbaycanlı əri həbs olunan Ebru Gündeş hələ Mayamidədir” – vəkildən açıqlama

“Azərbaycanlı əri həbs olunan Ebru Gündeş hələ Mayamidədir” – vəkildən açıqlama

Türkiyədə “17 dekabr- rüşvət əməliyyatları” zamanı tutulub 70 gün həbs yatdıqdan sonra buraxılan Cənubi azərbaycanlı iş adamı Rza Zərrab ABŞ-da həbs olunub.

Axşam.az-ın “Hürriyet”ə istinadən məlumatına görə, hər kəsi Rza tutulan zaman Ebrunun onun yanında olub-olmaması sualı maraqlandırıb. Gündeşin vəkili Şeyda Yıldırım məsələ ilə bağlı açıqlama verib:

“Nəzarətə alınma təyyarədən endiyi zaman olub. Həmin vaxt həyat yoldaşı Ebru Gündeş və qızı Alara da Rza bəyin yanında olub. Ebru gündeş hələ də Mayamidədir”.

Qeyd edək ki, Mayamidə hakim Riçard Bermanın sədrliyi ilə keçən məhkəmədə Rza və digər iki nəfər üçün ABŞ hökümətini aldatmaq ittihamı ilə 5 il, ABŞ-ın İran sanksiyalarını pozduğu üçün 20 il, bank saxtakarlığı üçün 30 il və “çirkli pullar”dan istifadə üçün 20 il olmaqla ümumi 75 il həbsi istənilib.

Martın 19-da həbs edilən iş adamları 2010-2015-ci illərdə ABŞ-da gördüyü qeyri-qanuni biznes işlərinə görə məhkəmə qarşısına çıxarılıb. Məhkəmənin qarşıdakı günlərdə davam edəcəyi gözlənilir.

Həmçinin oxuyun

Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır? – AÇIQLAMA

Azərbaycanda ətin qiyməti bahadır. Hazırda paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu …

Bir cavab yazın