Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Prezident İlham Əliyev Belçikanın baş nazirinə başsağlığı verdi

Prezident İlham Əliyev Belçikanın baş nazirinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Belçika Krallığının baş naziri Şarl Mişelə başsağlığı verib.
Ölkə başçısının saytında bildirilir ki, başsağlığında deyilir: “Brüssel şəhərində törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.
Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorun bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Belçika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın