Ana səhifə / Araşdırma / Ağır qəzanın dəhşətli görüntüləri yayıldı – 8 maşın toqquşdu, 4 nəfər yaralandı – VİDEO

Ağır qəzanın dəhşətli görüntüləri yayıldı – 8 maşın toqquşdu, 4 nəfər yaralandı – VİDEO

Zəncirvari qəzada 4 nəfər yaralanıb.
ARB TV xəbər verir ki, paytaxtın Binəqədi rayonunda 8 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Prospektlə Koroğlu metrostansiyası istiqamətində hərəkətdə olan “VAZ 2106” markalı avtomobil körpünün üstündə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton yol ayrıcına çırpılıb. Bundan sonra arxadan gələn avtomobillər zəncirvari şəkildə toqquşub.
Qəzada “VAZ 2106”, “VAZ 21015”, “Mercedes” və “Nissan” markalı avtomobillər iştirak edib. Hadisə zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb. Əraziyə yol polis əməkdaşları gəliblər. Sürücülərin ifadələri alınıb.
Yararsız hala düşən avtomobillər cərimə meydançasına aparılıb. Qəzaya yolun sürüşkən olmasının səbəb olduğu bildirilir.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın