Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Araşdırma / “28 May” metrosunun yaxınlığında DƏHŞƏT: döyə döyə öldürdü

“28 May” metrosunun yaxınlığında DƏHŞƏT: döyə döyə öldürdü

Bakıda qətl törədilib.

Lent.az xəbər verir ki, Bakı Metropoliteninin “28 May” stansiyasının yeni çıxışının yaxınlığında, Təbriz küçəsi 2 ünvanında yerləşən tikilidə Lənkəran rayonun Kərgəlan kənd sakini, 1973-cü il təvəllüdlü Əliyev Müşfiq Firdovsi oğlunun meyiti tapılıb. Onun baş nahiyəsində çoxsaylı xəsarətlər olduğu müəyyən edilib.

Araşdırmalar nəticəsində bəlli olub ki ki, M.Əliyevi 1965-ci il təvəllüdlü Məhərrəmov Elman Əli oğlu qətlə yetirib. E.Məhərrəmov M.Əliyevin başına küt alətlə çoxsaylı zərbələr vuraraq onu öldürdükdən sonra hadisə yerindən qaçsa da, çox keçmədən tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Gəncə Dövlət Universitetinin 4 milyon manatdan çox “alış-veriş” siyahısı – Son iki ilin müəmmaları

Hesablama Palatası, Baş Prokurorluq yanında Korrupsiya İdarəsinin Gəncə Dövlət Universitetinin Maliyyə şöbəsinin yoxlanıması yazılanlarla bağlı …

Bir cavab yazın