Ana səhifə / Zema Kibariyə üçün maşınını satıb? – “Qiyməti 27 min deyil”

Zema Kibariyə üçün maşınını satıb? – “Qiyməti 27 min deyil”

Müğənni Zenfira İbrahimovanın (Zema)  türk həmkarı Kibariyəni Bakıya gətirmək üçün maşınını satdığı iddia olunub. 

“Qafqazinfo” xəbər verir ki, sənətçi avtomobilini 27 min AZN-ə sataraq Kibariyəni Azərbaycana dəvət edib.

Bildirilib ki, İbrahimova həm ad gününü, həm də konsertini paytaxtın məşhur restoranlarından birində qeyd edib, türkiyəli sənətçinin ödənişini edib.

“Qafqazinfo” mövzu ilə bağlı Zenfira İbrahimova ilə əlaqə saxlayıb. Müğənni yayılan xəbəri təkzib edib:

“Maşınımın qiyməti 27 min deyil. “Range Rover” markalıdır, yanımdadır, hazırda idarə edirəm Heç bir maşın satılmayıb”.

Həmçinin oxuyun

Azərbaycanın ən böyük neft yatağında hasilat 2,1 dəfə azaldı

2024-cü ilin ilk rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında 31 milyon barel (4 milyon ton) və …

Bir cavab yazın