Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / “26” kafesi nə oldu?

“26” kafesi nə oldu?

Ötən il sentyabrın 8-də Bakının Səbail rayonu ərazisində, “Sahil bağı” yaxınlığında, Azərbaycan Yazıçılar Birliyinin binasında yerləşən “26” – “Twenty six” adlı kafe qapadılıb. Bakı meri Hacıbala Abutalıbovun təşəbbüsü və iştirakı ilə bağlanan kafenin “26 Bakı komisarı”nın adını daşıdığı bildirilirdi. Kafenin bağlanması cəmiyyətdə birmənalı qarşılanmadı. Bakı merinin iddiası ilə razılaşmayanlar da oldu.

Ərazini həmin iaşə müəssisəsinə icarəyə verən Azərbaycan Yazıçılar Birliyini səlahiyyətli şəxsləri isə kafenin “26 Bakı komissarı”nın adı ilə bağlı olmadığını deyərək,  etirazlarını bildirdilər.

Maraqlıdır, ötən ilə damğasını vuran hadisənin sonu necə oldu? Yəni qapısı plomblanan kafenin yerində nəsə açılacaqmı?

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı Modern.az saytı Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza ilə əlaqə yaradıb. O bildirib ki, “26” kafesinin yeri hələ də boşdur:

“Bildiyiniz kimi həmin məkan AYB-nin binasının bir hissəsidir. Bununla bağlı qərar verilməyib. AYB nə vaxt istəsə, bununla bağlı öz qərarını verəcək. Hazırda qərar vermə ilə bağlı bir nəticə yoxdur. Ərazi də hazırda istifadə olunmur”.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …