Ana səhifə / Əziz Yıldırım Ramilə görə ağladı, Azərbaycana təşəkkür etdi – VİDEO

Əziz Yıldırım Ramilə görə ağladı, Azərbaycana təşəkkür etdi – VİDEO

Fənərbaxça”nın prezidenti Əziz Yıldırım Londonda keçirilən atletika üzrə Dünya Çempionatında Türkiyə yığmasını təmsil edən azərbaycanlı atlet Ramil Quliyevin tarixi uğurunu şərh edib. Ə.Yıldırım “Fənərbaxça” idmançısı olan R.Quliyev barədə danışarkən göz yaşlarını saxlaya bilməyib.
Lent.az-ın sozcu.com.tr-yə istinadən verdiyi məlumata görə, Ə.Yıldırım klubun telekanalına bu sözləri deyib: “Belə bir övladımızın dünya çempionu olduğuna görə çox xoşbəxtəm. İnşallah o biri idmançılarımız da qalib olar. Buradan Azərbaycan dövlətinə də təşəkkür etmək lazımdır. Çünki Ramil burada iki dövlətin, bir millətin övladı kimi mübarizə apardı. Bizi qürurlandırdı. Bütün dünyaya həm “Fənərbaxça”nın, həm də Türkiyənin adını səsləndirdi. Ramil bu qələbəsi ilə sübut etdi ki, Türkiyə atletika üzrə də inkişaf edib. Bu cür insanları dəstəkləmək lazımdır ki, qalibiyyətlərin sayı daha da artsın”.

 

Qeyd edək ki, R.Quliyev çempion tituluna yiyələndikdən sonra stadionda Azərbaycan və Türkiyə bayraqları ilə dövrə vurub.

Həmçinin oxuyun

Azərbaycanla bağlı sanksiya siyahısında 44 məmurun adı var

Hələlik yeni 3 nəfərin kimliyi məlum deyil Azərbaycanın dövlət məmurlarına qarşı sanksiyalar haqqında qanun layihəsi …

Bir cavab yazın