Bazar ertəsi , May 6 2024
Ana səhifə / Ərəb turist Bakının mərkəzində gəzdiyi yerdə öldü

Ərəb turist Bakının mərkəzində gəzdiyi yerdə öldü

<

Bakıda qonaq olan Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı qəfil ölüb.

Lent.az-ın məlumatına görə, hadisə Nəsimi rayonu, Nizami küçəsi 61 ünvanının qarşısında – “Torqovı” məhəlləsi adlanan yerdə baş verib. BƏƏ vətəndaşı, 1963-cü il təvəllüdlü Abdulla Xatın İbrahim yeriyərkən qəfil halı pisləşib və yıxılıb. Təcili tibbi yardım briqadası gəlincə, o keçinib. Ölüm faktı ilə bağlı araşdırma aparılır.

A.İbrahimin Bakıya turist kimi gəldiyi bildirilir.ə

Həmçinin oxuyun

Jurnalistdən Rusiyada yaşayan iş adamlarına irad: “Soydaşlarımızı bazara yox, KİV-lərə yerləşdirin”+Video

Jurnalist Nüsrət İsaoğlu Rusiya mediasının həmin ölkədə yaşayan Azərbaycan əsilli iş adamlarına qarşı tutduğu ədalətsiz …

Bir cavab yazın