Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Zəvvarların nəzərinə: Həccin tarixi və qrafiki dəyişdirildi

Zəvvarların nəzərinə: Həccin tarixi və qrafiki dəyişdirildi

Azərbaycanlı zəvvarların Həcc ziyarətinə gediş-gəliş tarixi dəyişdirilib.

APA-nın məlumatına görə, azərbaycanlı zəvvarlar bu il avqustun 11, 12, 13, 14 və 15-də yola düşəcəklər.

Zəvvarların dönüşü isə 1, 2, 3, 4 və 5 sentyabr tarixlərində baş tutacaq.

Xatırladaq ki, buna qədər azərbaycanlı zəvvarların Həccə səfəri avqustun 14, 15 və 16-da, geri qayıdış isə sentyabrın 1, 2 və 3-nə planlaşdırılmışdı.

Uçuşlar Azərbaycan Hava Yolları (AZAL) ilə həyata keçiriləcək.

Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinin xərci 4150 dollardır. Azərbaycandan bu il 1170 zəvvarın səfər edəcəyi nəzərdə tutulub. Əvvəlki illərdən fərqli olaraq bu il iki növlü səfər xidməti yoxdur, yalnız bir növlüdür. Yaxın Şərqdə baş verən münaqişələr səbəbindən ziyarət yalnız təyyarə reysləri ilə təşkil olunur. Azərbaycanda Həcc ziyarətinin rəsmi təşkilatçısı Qafqaz Müsəlmanları İdarəsidir.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …