Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / Yeni ombudsman 1-ci gün seçiləcək

Yeni ombudsman 1-ci gün seçiləcək

Bu gün Parlamentin İnsan hüquqları komitəsinin iclası keçirilir. “Qafqazinfo” xəbər verir ki, iclasın gündəliyinə Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi salınıb. 

Bildirək ki,  Ombudsman vəzifəsinə 3 xanımın namizədliyi irəli sürülüb. Bunlar Səbinə Əliyeva, Kəmalə Abıyeva və Kəmalə Əliyevadır. 

Qeyd edək ki, bu gün komitənin iclasında məsələ müzakirə olunduqdan sonra Parlamentin noyabrın 25-də keçiriləcək plenar iclasına tövsiyə ediləcək. Həmin gün Azərbaycanın yeni Ombudsmanı seçiləcək.

Xatırladaq ki, namizədlərdən biri olan Səbinə Əliyeva Milli Məclisin deputatı Siyavuş Novruzovun həyat yoldaşıdır. S. Əliyeva Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini vəzifəsində çalışır.   

Hazırkı Ombudsman Elmira Süleymana 17 ildir sözügedən vəzifəni icra edir. Onun 82 yaşı var.

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …