Ana səhifə / Aktual / Yeni Aparat rəhbərinin adı məlum oldu

Yeni Aparat rəhbərinin adı məlum oldu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsinin icrası Anar Əliyevə tapşırılıb.

“Report”un xəbərinə görə, bununla bağlı nazir Sahil Babayev qərar qəbul edib.

A.Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviridir.

Qeyd edək ki, nazirliyin bundan əvvəlki Aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) idi. O, öz ərizəsinə əsasən işdən çıxarılıb.

Həmçinin oxuyun

Naxçıvanda 5 MİLYONLUQ YEYİNTİ müəmması… 

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti 2023-cü ildə muxtar respublikada keçirilən bəzi tədbirlərin təşkilatçılığını edib.TNS-ə ötən …