Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / YAP-da Veteranlar Şurası yaradıldı – Sədr Arif Rəhimzadə oldu

YAP-da Veteranlar Şurası yaradıldı – Sədr Arif Rəhimzadə oldu

Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında Veteranlar Şurası yaradılıb. 

“ Azinforum.az ” ın əldə etdiyi məlumata görə, Şuraya 35 nəfər üzv seçilib. Sədr isə qocaman YAP-çı Arif Rəhimzadə olub. Əvvəlki İdarə Heyətindən və Siyasi Şuradan uzaqlaşdırılan yaşlı YAP-çılar Veteranlar Şurasında cəmlənib. 

Bundan əlavə, yeni İdarə Heyəti yaradılaraq 40 nəfər üzv seçilib. Yeni İdarə Heyətinin tərkibi əsasən, YAP-ı Milli Məclisdə təmsil edən şəxslərdən formalaşdırılıb. 

Qurumun Siyasi Şurası buraxılıb və yeni Nəzarət Təftiş Komissiyası yaradılıb. Komissiyanın tərkibi 35 nəfərdən ibarət olacaq.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …