Bazar ertəsi , May 6 2024
Ana səhifə / Xəstəlik tanınmış azərbaycanlı müğənnini bu hala saldı – FOTO

Xəstəlik tanınmış azərbaycanlı müğənnini bu hala saldı – FOTO

“Faytonçu” ləqəbi ilə tanınan azərbaycanlı müğənni Nazim Pişyari sosial şəbəkədə yeni şəklini paylaşıb. Lent.az-ın məlumatına görə, ifaçının çox arıqladığı diqqətdən qaçmayıb.

Məsələ ilə bağlı Lent.az-ın əməkdaşı müğənni ilə əlaqə saxlayıb. Nazim bildirib ki, o uzun müddətdir xəstəliklə mübarizə aparır: “Hazırda İstanbuldayam. İlk əməliyyatım Bakıda oldu. Yaxşı olmadı. Daha sonra İstanbula gəldim. Burada əməliyyatla öd kisəmi götürdülər. Xeyli arıqlamağım əbəs yerə deyil. Kim mənim kimi 4 dəfə narkoz alsa, bu qədər arıqlayardı. İndi özümü yaxşı hiss edirəm”.

Qeyd edək ki, N.Pişyarı xeyli müddət idi ki, sosial şəbəkədə yeni şəkillərini paylaşmırdı.

Həmçinin oxuyun

“Ölkəmizin həyati maraqları tələb edir ki, Rusiya ilə dost olaq…” – Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edirik: – Qüdrət …

Bir cavab yazın